Мэр Ирпеня Александр Маркушин рассказал о восстановлении города и помощи Азербайджана в этом вопросе.
- Как Вы оцениваете нынешний уровень двусторонних отношений между Азербайджаном и Украиной?
- Мы видим большую поддержку со стороны Азербайджана. Между странами сложились очень хорошие дружеские отношения. Но я хочу особенно отметить именно город Ирпень, потому что на форуме в Лондоне глава МИД Азербайджана Джейхун Байрамов четко заявил, что страна примет участие в отстраивании Украины и начнет это делать именно с нашего города.
К тому же у нашего города очень давние отношения с Азербайджаном. В Ирпене большая азербайджанская диаспора. В нашем городе есть парк, памятник, самая большая школа и музей имени Зарифы Алиевой. Наша центральная улица также носит имя Зарифы Алиевой.
У нас очень активная диаспора Азербайджана, которая часто присоединяется к городским мероприятиям. В апреле следующего года мы готовимся провести День азербайджанской культуры в нашем городе.
У нас очень дружественные и теплые отношения с послом Азербайджана в Украине, и мы проводим многие мероприятия вместе. И официальные делегации, которые приезжают в Украину, практически все посещают и Ирпень.
- Азербайджан активно помогает в восстановлении города. Расскажите, пожалуйста, поподробнее об этой помощи.
- Ирпень - это тот город, который оставался последним перед столицей - Киевом. Первая победа Вооруженных сил Украины была именно в Ирпене. Но, к сожалению, в то же время Ирпень стал самым пострадавшим городом: 70% инфраструктуры города повреждено и разрушено.
Тогда я обратился к посольству Азербайджана в Украине, сказав, что многие годы мы доказывали свою дружбу поступками, и я прошу вас отремонтировать школу, чтобы, как и в Азербайджане, как во всем мире, дети в сентябре могли пойти учиться.
Здание школы сильно пострадало, и мне казалось, что отремонтировать его быстро просто невозможно. Однако компания SOCAR и посольство Азербайджана взялись за капитальной ремонт школы. За три с половиной месяца они его завершили, и наши детки в сентябре пошли учиться.
На этом помощь не закончилась. Во время блэкаута SOCAR подарил большой дизельный генератор для школы, а позже провел работы по ее утеплению. Также SOCAR под руководством правительства подтвердил ремонт нашей большой поликлиники, на что уже выделены деньги.
Помимо этого, мы подали три проекта на согласование президенту. Первый проект - это дом культуры, который был полностью уничтожен. Он очень важен для нас, потому что там не просто выступали наши дети, а они еще и обучались: было больше 50 групп различных кружков, где 15 000 детей проходили обучение. Другого такого помещения у нас нет.
Мы также предложили, что, если Азербайджан возьмется за этот проект, отдельное крыло этого здания будет посвящено культуре Азербайджана.
Второй проект на рассмотрении - это жилой девятиэтажный дом, один из тех, который полностью был разрушен.
А третий проект - это школа рисования и музыки. Мы дали возможность Азербайджану спроектировать его самому. К нам приезжал посол Азербайджана в Украине Сеймур Мардалиев, а также зампредседателя Государственного комитета по градостроительству и архитектуре Азербайджанской Республики Ильгар Исбатов. Мы ездили, показывали им эти объекты.
В целом у нас пострадали и садики, и школы, и больницы. В Ирпене не было военных объектов, но город просто сравняли с землей. Мы отстояли его. Я тогда был командиром территориальной обороны и воевал за свой город. И мы выиграли, но многие объекты инфраструктуры города были разрушены.
- Каким Вы видите сотрудничество двух стран в будущем?
- У нас с Азербайджаном много общего. Как Азербайджан воевал и освободил свои земли, так и Украина сейчас ведет войну за свои территории. Украина ни на кого не нападала. Мы воюем за свои территории, за своего президента, и это подтвердил уже весь цивилизованный мир. То же самое было и у Азербайджана.
Мы уважаем территориальную целостность Азербайджана, потому что для каждой страны это самое главное. Конечно же, мы и дальше будем поддерживать Азербайджан. У наших стран очень много схожего: и у вас была беда - вы отвоевали свой мир, и у нас сейчас идет война за него.
Мы воюем за свое, мы же не пойдем дальше воевать на территорию России. Мы должны освободить свои территории, как это сделал Азербайджан. Мы хотим дать возможность людям жить в мире. Однако мы не отдадим РФ ни пяди своей территории.
Вы знаете, дух украинского народа сейчас максимально крепок, мы все объединены ради победы.
Мы не дали врагу пройти дальше. Надо понимать, что, если бы не Ирпень, уже не было бы столицы. Это большое мужество нашего народа и наших жителей.
Их было в 10 раз больше, но мы были сплочены и боролись за каждый метр своего города. Борьба шла больше месяца, но мы выстояли, хоть и дорогой ценой.
Это был первый шаг, а второй - полностью отстроить город.
Дух Украины сломить невозможно. Мы будем бороться до конца, так же как и азербайджанский народ боролся в Карабахской войне, и его дух не смогли сломить. Как и Азербайджан, мы победим и вернем свои земли.
İrpen meri: Azərbaycandan böyük dəstək görürük
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan və Ukrayna arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycandan böyük dəstək görürük. Ölkələr arasında çox yaxşı dostluq münasibətləri formalaşıb. Amma mən İrpen şəhərini xüsusi qeyd etmək istəyirəm, çünki Londonda keçirilən forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ukraynanın yenidən qurulmasında iştirak edəcək və bunu məhz bizim şəhərdən həyata keçirməyə başlayacaq.
Bundan əlavə, şəhərimizin Azərbaycanla əlaqələri keçmişə gedib çıxır. İrpendə böyük Azərbaycan diasporu var. Şəhərimizdə akademik Zərifə Əliyevanın adına park, abidə, ən böyük məktəb, muzey var. Mərkəzi küçəmiz də Zərifə xanımın adını daşıyır.
İrpendə çox fəal Azərbaycan diasporu var, onlar tez-tez şəhər meriyasının tədbirlərinə qoşulurlar. Gələn ilin aprel ayında şəhərimizdə Azərbaycan Mədəniyyəti Gününü keçirməyə hazırlaşırıq.
Azərbaycanın Ukraynadakı səfiri ilə çox mehriban və isti münasibətlərimiz var, bir çox tədbirləri birlikdə keçiririk. Ukraynaya gələn rəsmi nümayəndə heyətlərinin, demək olar, hamısı İrpenə də baş çəkir.
- Azərbaycan şəhərin bərpasına fəal kömək edir. Bu yardım haqqında bizə ətraflı məlumat verərdiniz…
- Ukrayna Silahlı Qüvvələrinin ilk qələbəsi məhz İrpendə olub. Ancaq təəssüf ki, İrpen həm də ən çox zərər görən şəhər olub: şəhər infrastrukturunun 70%-nə ziyan vurulub və məhv edilib.
Həmin vaxt Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etdim və uzun illərə dayanan dostluğumuzu əməllərimizlə sübut etdiyimi söylədim və xahiş etdim ki, Azərbaycanda və bütün dünyada olduğu kimi, İrpendə də uşaqların sentyabrda məktəbə gedə bilmələri üçün məktəbi təmir etdirsinlər.
Məktəb binasına ciddi ziyan dəymişdi və mənə elə gəlirdi ki, onu qısa zamanda təmir etmək, sadəcə, mümkün deyil. Ancaq SOCAR və Azərbaycan səfirliyi məktəbdə əsaslı təmir işləri aparıb, üç ay yarımda işi bitirdilər, uşaqlarımız sentyabrda məktəbə getdilər.
Yardım bununla bitmədi. Blekaut zamanı SOCAR məktəb üçün böyükhəcmli dizel generatoru bağışladı, daha sonra məktəbin istilik xətti ilə təchiz olunması üzrə işlər gördü. Həmçinin, SOCAR bizim ən böyük poliklinikamızın təmirini təsdiqlədi, bunun üçün artıq pul da ayrılıb.
Bundan əlavə, üç layihəni təsdiq üçün prezidentə təqdim etmişik. Birinci layihə tamamilə dağıdılmış mədəniyyət evidir. Bu, bizim üçün çox vacibdir, çünki uşaqlarımız orada nəinki çıxış edir, həm də təhsil alırdılar: 50-dən çox dərnək qrupu var idi, burada 15 min uşaq məşq edirdi. Bizim başqa belə məkanımız yoxdur.
Biz, həmçinin təklif etdik ki, Azərbaycan bu layihəni öhdəsinə götürərsə, bu binanın ayrıca “qanadı” Azərbaycan mədəniyyətinə həsr olunsun.
Baxılan ikinci layihə tamamilə dağıdılmış binalardan biri olan doqquzmərtəbəli yaşayış binasıdır.
Üçüncü layihə isə rəsm və musiqi məktəbidir. Azərbaycana imkan yaratdıq ki, bu məkanın dizaynını özü etsin. Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov İrpenə gəldilər. Gedib onlara da bu obyektləri göstərdik.
Ümumilikdə uşaq bağçalarımıza, məktəblərimizə, xəstəxanalarımıza ziyan dəyib. Orada heç bir hərbi obyekt yox idi, ancaq şəhəri, sadəcə, yerlə-yeksan etdilər. Biz onu müdafiə etdik. Mən o zaman ərazi müdafiə komandiri idim və şəhərim üçün döyüşürdüm. Biz qalib gəldik, lakin şəhərin bir çox infrastrukturu məhv edildi.
- Gələcəkdə iki ölkə arasındakı əməkdaşlığı necə görürsünüz?
- Azərbaycanla ortaq cəhətlərimiz çoxdur. Necə döyüşüb öz torpaqlarını azad etdisə, Ukrayna da indi öz ərazisi uğrunda müharibə aparır. Ukrayna heç kimə hücum etməyib. Biz öz ərazilərimiz, prezidentimiz üçün döyüşürük və bunu artıq bütün sivil dünya da təsdiqləyib. Eyni şey Azərbaycanda da olub.
Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşırıq, çünki bu, hər bir ölkə üçün ən vacib məsələdir. Təbii ki, Azərbaycanı dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik.
Ölkələrimizin çoxlu ortaq cəhətləri var: sizin də başınız bəlada idi, sülhü bərqərar etdiniz və indi də biz bunun üçün döyüşürük.
Biz özümüzə aid olan şey üçün vuruşuruq, Rusiya ərazisində döyüşmürük ki? Azərbaycan kimi biz də öz ərazilərimizi azad etməliyik. Biz insanların sülh içində yaşamasına şərait yaratmaq istəyirik. Amma bir qarış ərazimizi belə Rusiyaya verməyəcəyik. Necə ki Azərbaycan buna imkan vermədi.
Bilirsiniz, Ukrayna xalqının ruhu indi ən yüksək səviyyədədir, biz qələbə naminə maksimum dərəcədə birləşmişik.
Düşmənə daha çox irəliləməyə imkan vermədik. Anlamaq lazımdır ki, İrpen olmasaydı, artıq paytaxt da olmayacaqdı. Bu, xalqımızın, sakinlərimizin böyük cəsarətidir.
Onların sayı 10 dəfə çox idi, amma biz həmrəy idik, şəhərimizin hər qarış yeri üçün vuruşurduq. Mübarizə bir aydan çox davam etdi, lakin biz dayana bildik, ağır qurbanlar versək də...
Bu, birinci addım idi, ikincisi isə şəhərin tamamilə yenidən qurulması oldu.
Ukraynanın ruhunu sındırmaq olmaz. Azərbaycan xalqı Qarabağ müharibəsində vuruşduğu kimi, biz də sona qədər mübarizə aparacağıq. Azərbaycan kimi, biz də qalib gələcəyik, torpaqlarımızı qaytaracağıq.